Trekkinq ayaqqabılarına qulluq

Trekkinq ayaqqabıları sərt şəraitdə istifadə üçün yaradılıb və palçıq, qum, toz və nəmə davamlıdır. Ancaq bu o demək deyil ki, istifadədən sonra onları sadəcə rəfə qoymaq kifayətdir.


Ayaqqabıların təmizlənməsi və onlara lazımi qulluq ayaqqabıların ömrünü xeyli uzadacaq. Marşrutdan dərhal sonra

Ayaqqabılarınız palçıqla örtülübsə, ən yaxşısı onları dərhal təmizləməkdir. Palçığın qurumasını gözləməyin, çünki onu sonradan yumaq daha çətin olacaq.


Marşrutun sonunda su hövzəsi varsa, dayaz bir yerdə bir az addımlamaqla palçığın əsas hissəsini yuya bilərsiniz.


Yaxınlıqda su yoxdursa, çəkmələrinizi çıxarıb bir-birinə vurmaqla palçığın bir hissəsini çırpmaq mümkündür.


Evə qayıtdıqdan sonra

Ayaqqabının içliklərini çıxarın, yuyun və yaxşı havalandırılan bir yerdə qurudun.


Ayaqqabı bağlarını çıxarın, əgər sürətli bağlama sistemidirsə (məsələn Salomon Quick Lace) - mümkün qədər boşaldın.


Ayaqqabıları suyun altında süngər və ya yumşaq bir fırça ilə təmiz yuyun.

Ayaqqabılarınızın membranı varsa, ayaqqabıların içini xüsusi yuyucu vasitə ilə yuyun. Bu, membranın məsamələrini kirdən və tərdən təmizləməyə və ömrünü uzatmağa kömək edəcək.


Ayaqqabılarınızı qurudun. Onları otaq temperaturunda yaxşı havalandırılan bir yerə qoyun. Ayaqqabılarınızı radiatorun yanına qoymayın və istilik verən qurutma maşınlarından istifadə etməyin. Prosesi sürətləndirmək üçün ayaqqabıları qəzetlə doldura bilər, və ya 40 dərəcədən çox istilik verməyən ultrabənövşəyi (UV) quruduculardan da istifadə edə bilərsiniz. Ultrabənövşəyi şüalar həm də xoşagəlməz qoxuları aradan qaldıracaq.


Ayaqqabılar tam quruduqdan sonra içliklərini yrinə qoyun və bağları bağlayın. Bundan sonra ayaqqabıların suya davamlı xüsusiyyətlərini sprey ilə bərpa edə bilərsiniz.

Unutmayın!

Dəri ayaqqabıları krem ​​ilə emal etmək tövsiyə olunur - bu onların daha uzun ömürlü olmasını təmin edəcək.


Ayaqqabılarınızı paltaryuyan maşınla yumayın. Onlara zərər verə bilərsiniz.


Yuyulduqdan sonra xoşagəlməz qoxu qalıbsa, antibakterial sprey ilə qoxunu aradan qaldıra bilərsiniz.


Ayaqqabılarınızı quru, havalandırılan yerdə, acıq rəflərdə saxlayın. Dəlikli qutular və ya nəfəs ala bilən parça kisələr də işə yarıyar.


Ayaqqabılarınızı günəşdə və ya bel çantanızda qoymayın.


Hər dəfə yürüş və ya gəzintidən sonra ayaqqabılarınızı qurudun.


Ayaqqabıların suya davamlı xüsusiyyətlərini sprey ilə mütəmadi olaraq bərpa edin.


Geniş yayılmış fikrin əksinə olaraq, membranı yumaq olar və hətta lazımdır (daimi istifadə edildikdə üç-dörd ayda bir dəfə). Bu prosedurdan qorxmayın - xüsusi vasitələrdən istifadə edirsinizsə, membrana zərər verməyəcəksiniz. Yuyulmadıqda membranın məsamələri tər, toz və kirlə tıxanır və membran işini yetərincə görmür. Buxar xaric olmur, ayaqlar nəmlənir və tərləməyə başlayır və ayaqqabılar da islanır.

10 views
Seçilmiş postlar
Son yazılar