Kamp üçün mətbəx və qida tədarükü
Qida səyahət zamanı ən vacib amillərdən biridir. Uzunmüddətli təbiət yürüşü, ekspedisiya və ya sadəcə bir günlük meşə gəzintisi zamanı nə ilə qidalanacığınız barədə əvvəlcədən diqqətlə düşünmək lazımdır. Təmiz havada dostlarınızla gəzintidən sonra orqanizminiz sərf etdiyi kalorinin bərpasını ciddi şəkildə tələb edə bilər. Xüsusilə hava soyuq olduqda bu daha tez hiss olunur.
Əgər orqanizminiz kifayət qədər qida əldə edə bilməsə, qanda şəkərin səviyyəsi düşəcək və siz deyingən və hər şeydən narazı küpəgirən qarıya çevriləcəksiniz. Bunun qarşısını almaq və sizi bu aqibətdən xilas etmək üçün, kamp və təbiət yürüşləri zamanı sizə lazım ola biləcək mətbəx ləvazimatı və qida siyahısını tərtib etmişik.

Əsas avadanlıq (qısamüddətli yürüş üçün təklif edilənlər)
Soba
Küləktutan (windscreen)
Yanacaq
Yanacaq üçün qab
Qazan dəsti (2 və ya daha çox)
Tava
Qazan/tava tutacağı
Ərzaq qutusu
Su qabı
Boşqab, kasa
Fincan, stəkan/ölçü qabı
Çəngəl, qaşıq, bıçaq
Kibrit, alışqan
Çaxmaq
Deluxe mətbəx (uzunmüddətli yürüş üçün təklif edilənlər)
Soyuducu/sərinləşdirici qutu
Doğrama taxtası
Doğrama bıçağı
Mətbəx kürəyi
Konserv açan
Qapaq açan
Butulka burğusu
Ölçü qaşığı
Termos
Çaydan
Portativ qəhvə/espresso bişirən
Kamp mebeli (stul, masa)
Masa örtüyü
Manqal
Şiş
Ocaq üçün tripod
Alüminium kağız
Yumurta qabı
Qab yumaq üçün məhlul
Süngər(lər)
Tez quruyan dəsmal
Tullantı paketləri
Ləyən
Qatlanan su qabı
Qıf
Balta və/və ya mişar
Səhər yeməyi (şəxsi zövqünüz və istəyinizə görə seçin)
Çay
Müsli
Dənli bitkilər/yarma
Yulaf əzməsi
Hazır səhər yeməyi briketləri
Fəsəli/kökə
Kərə yağı/fıstıq yağı
Şəkər/şəkər tozu
Qəhvə
Quru süd
Qaynadılmış yumurta
Pendir
Kakao
Meyvə (təzə və qurudulmuş)
Mürəbbə/cem
Konfet
Günorta/Axşam yeməyi
Suxarı
Qurudulmuş ət
Basdırma/sucuq
Qoğal
Fıstıq yağı
Hazır yeməklər
Ət/balıq konservləri
Düyü
Gec xarab olan tərəvəz (məs. kartof, soğan, kök)
Duru yağ
Duz/istiot
Şorba/bulyon kubları
Pendir
Kreker/çips
Qurudulmuş qoz-fındıq qarışığı/çərəzlər
İçli peçenye
İçki qarışıqları
Makaron və souslar
Şokolad/şirniyyat
Zefir
Ədviyyat dəsti
Göyərti
Əgər unutduğumuz nəsə varsa, şərhlərdə yaza bilərsiniz, siyahıya əlavə edərik.
SİYAHININ PDF VERSİYASINI BURADAN ENDİRƏ BİLƏRSİNİZ
Tags: