Kamp üçün mətbəx və qida tədarükü

November 13, 2018

Qida səyahət zamanı ən vacib amillərdən biridir. Uzunmüddətli təbiət yürüşü, ekspedisiya və ya sadəcə bir günlük meşə gəzintisi zamanı nə ilə qidalanacığınız barədə əvvəlcədən diqqətlə düşünmək lazımdır. Təmiz havada dostlarınızla gəzintidən sonra orqanizminiz sərf etdiyi kalorinin bərpasını ciddi şəkildə tələb edə bilər. Xüsusilə hava soyuq olduqda bu daha tez hiss olunur.

 

 

Əgər orqanizminiz kifayət qədər qida əldə edə bilməsə, qanda şəkərin səviyyəsi düşəcək və siz deyingən və hər şeydən narazı küpəgirən qarıya çevriləcəksiniz. Bunun qarşısını almaq və sizi bu aqibətdən xilas etmək üçün, kamp və təbiət yürüşləri zamanı sizə lazım ola biləcək mətbəx ləvazimatı və qida siyahısını tərtib etmişik. 

 

 

 

Əsas avadanlıq (qısamüddətli yürüş üçün təklif edilənlər)

  • Soba

  • Küləktutan (windscreen)

  • Yanacaq

  • Yanacaq üçün qab

  • Qazan dəsti (2 və ya daha çox)

  • Tava

  • Qazan/tava tutacağı

  • Ərzaq qutusu

  • Su qabı

  • Boşqab, kasa

  • Fincan, stəkan/ölçü qabı

  • Çəngəl, qaşıq, bıçaq

  • Kibrit, alışqan

  • Çaxmaq

 

Deluxe mətbəx (uzunmüddətli yürüş üçün təklif edilənlər)

  • Soyuducu/sərinləşdirici qutu

  • Doğrama taxtası

  • Doğrama bıçağı

  • Mətbəx kürəyi

  • Konserv açan

  • Qapaq açan

  • Butulka burğusu

  • Ölçü qaşığı

  • Termos

  • Çaydan

  • Portativ qəhvə/espresso bişirən

  • Kamp mebeli (stul, masa)

  • Masa örtüyü

  • Manqal

  • Şiş

  • Ocaq üçün tripod

  • Alüminium kağız

  • Yumurta qabı

  • Qab yumaq üçün məhlul

  • Süngər(lər)

  • Tez quruyan dəsmal

  • Tullantı paketləri

  • Ləyən

  • Qatlanan su qabı

  • Qıf

  • Balta və/və ya mişar

 

Səhər yeməyi (şəxsi zövqünüz və istəyinizə görə seçin)

  • Çay

  • Müsli

  • Dənli bitkilər/yarma

  • Yulaf əzməsi

  • Hazır səhər yeməyi briketləri

  • Fəsəli/kökə

  • Kərə yağı/fıstıq yağı

  • Şəkər/şəkər tozu

  • Qəhvə

  • Quru süd

  • Qaynadılmış yumurta

  • Pendir

  • Kakao

  • Meyvə (təzə və qurudulmuş)

  • Mürəbbə/cem

  • Konfet

 

Günorta/Axşam yeməyi

  • Suxarı

  • Qurudulmuş ət

  • Basdırma/sucuq

  • Qoğal

  • Fıstıq yağı

  • Hazır yeməklər

  • Ət/balıq konservləri

  • Düyü

  • Gec xarab olan tərəvəz (məs. kartof, soğan, kök)

  • Duru yağ

  • Duz/istiot

  • Şorba/bulyon kubları

  • Pendir

  • Kreker/çips

  • Qurudulmuş qoz-fındıq qarışığı/çərəzlər

  • İçli peçenye

  • İçki qarışıqları

  • Makaron və souslar

  • Şokolad/şirniyyat

  • Zefir

  • Ədviyyat dəsti

  • Göyərti

 

Əgər unutduğumuz nəsə varsa, şərhlərdə yaza bilərsiniz, siyahıya əlavə edərik. 

 

SİYAHININ PDF VERSİYASINI BURADAN ENDİRƏ BİLƏRSİNİZ

 

 

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Seçilmiş postlar

Yeni İl Hədiyyəsi üçün tövsiyələr

November 26, 2018

1/8
Please reload

Son yazılar

November 17, 2018

August 9, 2018

Please reload

Taqlar üzrə axtarış
Biz sosial şəbəkələrdə
  • Facebook Basic Square
  • Instagram Social Icon
  • Google+ Basic Square