Maili yerlərdə çadır qurmağın düzgün yolu

Bugünkü yazımız maili yerlərdə çadır qurmağın düzgün yolu və rahat yatmaqla bağlıdır. Başlayaq.


Çadır qurmaq üçün ən uyğun yerin düz, hamar səth olduğunu hamımız bilirik. Lakin bəzən maili yerlərdə çadır qurmaq məcburiyyətində qaldığımız vəziyyətlər də olur.


Bəs onda maili yerdə çadırı necə quracağıq və eyni zamanda belə vəziyyətdə necə rahat yatacağıq?


İntuisiyamızın məsləhətini dinləsək, çadırı yamaca paralel qurub, başımızı yoxuş istiqamətində qoyub, paltarlarımızı ayaqlarımızın altına yığaraq səthi düzləşdirməliyik. Lakin bu üsul "hamak effekti" yaradır və səhər yuxudan oyandıqda bel ağrılarına səbəb ola bilər.




Daha yaxşı planımız var. Çadırı yamaca perpendikulyar qurun (bir tərəfi digər tərəfdən alçaq). Sonra paltarları döşəyin altına yerləşdirərək döşəmə səviyyəsini tarazlayın. Beləliklə hamar səth düzəltməklə, hamakda olduğundan daha rahat yerdə yatmaq imkanı əldə etmiş olacaqsınız.


Сегодня поговорим о том, как правильно ставить палатку в наклонных местах чтобы избежать дискомфорта во время сна. Итак, начнем.


Мы все знаем, что лучшее место для палатки — это плоский участок земли, но иногда бывают ситуации, где необходимо ставить палатку на склонах.