Haykinq ayaqqabısı necə seçilməlidir

September 28, 2018

Təbiət yürüşləri, trekkinq, haykinq üçün doğru ayaqqabı seçmək vacibdir. Hər kəsin ayaqları quruluşca fərqlidir və müxtəlif brendlərin də ölçüləri bir-birindən az da olsa fərqlənir. Bu səbəbdən də müxtəlif markaları və ölçülərı sınaqdan keçirməklə özünüzə daha rahat və uyğun olanı tapa bilərsiniz.

 

 

Ayaqqabı seçərkən onun tipi, çəkisi, hansı materialdan hazırlanması və hava şəraitinə uyğunluğu ilə yanaşı, onun ayağınızda nə qədər rahat olması da eyni dərəcədə vacibdir. Qeyd edək  ki, sizə uyğun və rahat olan ayaqqabının ən bahalı və tanınmış brenddən olması mütləq deyil. Bəzən tanınmış brenddən olan ayaqqabı belə düzgün seçilmədikdə, sizə yürüş zamanı narahatlıq yarada bilər. 

 

Ayaqqabının uyğun olub-olmamasını yoxlamaq üçün kiçik testi diqqətinizə təqdim edirik. 

 

 

1. Barmaq testi - Bu ayaqqabının uyğunluq testinin başlanğıcıdır. Ayaqqabını ayağınıza geyinin, bağlarını açıq saxlayın. Barmağınızı dabanınızla ayaqqabının arasına sürüşdürməyə çalışın. Dabanınızla ayaqqabı arasında barmağın kip keçə biləcəyi qədər məsafə olmalıdır. 

 

2. Həssaslıq testi - Bu test üçün ayaqqabını yalın ayağa geyinməyiniz lazımdır. Ayaqqabının ayağınıza sıx olduğu bütün yerlərini (əgər varsa) hiss etməyə çalışın. Corabda bunu hiss etmək mümkün olmadığından yalın ayaqla etməyiniz mütləqdir. Xüsusilə kiçik və böyük barmaq sümüklərində təzyiq və ya sıxıntının olub-olmamasına diqqət edin.

 

3. Zərbə testi - Ayaqqabının ucu ilə divara yüngül zərbə endirin. Zərbə zamanı barmaqlar ayaqqabının ucuna toxunmamalıdır. 

 

4. Sürtünmə testi - Pəncəniz üzərində bir neçə dəfə qalxıb düşün, tullanın. Etdiyiniz hərəkətlər zamanı dabanınız ayaqqabının içində kip qalmalı və yuxarı-aşağı hərəkət etməməli, sürtünməməlidir. 

 

Ümid edirik ki, testimizin köməyilə özünüz üçün uyğun, rahat ayaqqabı seçə biləcəksiniz. Müxtəlif ayaqqabı növləri, markaları və ölçülərini sınaqdan keçirməyə çəkinməyin  və nəzərdə alın ki, uyğun olanını tapmaq bir az vaxt tələb edə bilər. 

 

 

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Seçilmiş postlar

Yeni İl Hədiyyəsi üçün tövsiyələr

November 26, 2018

1/8
Please reload

Son yazılar

November 17, 2018

August 9, 2018

Please reload

Taqlar üzrə axtarış
Biz sosial şəbəkələrdə
  • Facebook Basic Square
  • Instagram Social Icon
  • Google+ Basic Square
  • facebook
  • Instagram
  • YouTube - QRIZZLY

© 2017 QRIZZLY

ÇAĞRI MƏRKƏZİNİN İŞ SAATLARI

Həftə içi : 10:00 - 19:00
Şənbə : 10:00 - 16:00
Bazar: İstirahət günü

BİZİ İZLƏYİN