TƏBİƏT YÜRÜŞLƏRİ ÜÇÜN LAZIM OLAN ƏŞYALARIN SİYAHISI

Bu siyahını bel çantanızı yığdıqda lazım olan əşyalardan heç nəyi yaddan çıxarmamağınız üçün bu formatda hazırlamışıq. Ümid edirik ki, bu ətraflı siyahı sizin planlaşdırmanı asanlaşdıracaq, nəyin vacib, nəyin ikinci dərəcəli olduğunu müəyyənləşdirməkdə və lazım olan avadanlığın alınmasında sizə yardımçı olacaq. Əşyaları yığdıqca siyahıda işarələyə bilərsiniz.
SİYAHININ PDF VERSİYASINI ENDİRİN
VACİB OLANLAR
Təhlükəsizlik, həyatda qalma və minimum rahatlıq üçün lazım olan əşyalar:
1. NAVİQASİYA
Xəritə (qoruyucu örtükdə)
Kompas
GPS (istəyə görə)
Altimetr (istəyə görə)
2. GÜNƏŞDƏN MÜDAFİƏ
Günəşdən müdafiə kremi
Dodaq məlhəmi (dodaqların çatlamaması üçün)
Günəş eynəyi
3. GEYİM
Jaket, jilet, şalvar, əlcək, papaq (daha ətraflı Geyim bölməsində)
4. İŞIQLANDIRMA
Əl və ya alın fənəri
Əlavə batareyalar
5. İLK YARDIM LƏVAZİMATI
İlk yardım dəsti
6. OD
Kibrit və ya alışqan
Suya davamlı konteyner
Çaxmaq (fövqəladə vəziyyətlərdə od əldə etmək üçün)
7. TƏMİR DƏSTİ VƏ ALƏTLƏR
Bıçaq və ya çoxfunksiyalı alət (multitul)
Soba, döşək üçün təmir dəstləri, yapışqanlı lent (duct tape)
8. QİDA
Əlavə 1 gün üçün ərzaq təchizatı
9. SU
Su butulkası və su daşımaq və saxlamaq üçün qab
Su filtri və ya digər su təmizləmə sistemi
10. SIĞINACAQ
Çadır, tarp, tent, yataq kisəsi
ƏLAVƏ
Bel çantası
Yüngül çanta
Çanta örtüyü
Yataq kisəsi
Su keçirməyən, germetik kisə
Döşək (qatlanan və ya hava ilə dolan)
Yastıq
Fit və siqnal güzgüsü
Altimetrli çoxfunksiyalı saat
Trekkinq çubuqları
Balta, buz baltası
Qida, hazır yeməklər (ət və ət məhsulları, konservləşdirilmiş və təzə tərəvəz)
Enerji qidaları (çərəzlər, quru meyvə, cem, müsli, şokolad, şəkər, konfet və s.)
Duz, istiot
İçkilər (çay, qəhvə, su, meyvə suyu və s.)
Soba
Yanacaq (maye və ya quru)
Qazan, tava, çaynik
Qab-qacaq
Qaşıq, çəngəl, bıçaq
Fincan
Neylon kəndir, parakord
Su təmizləmə ləvazimatı
Qatlanan konteyner, vedrə
Asma fənər
____________________
GEYİM: İSTİ HAVA ÜÇÜN
T-shirt (sintetik və ya yun)
Alt paltarlar
Tez quruyan şalvar və ya şort
Uzun qollu köynək (günəş, böcəklər üçün)
Günəş qoruyucu papaq
Bandana və ya nazik balaklava
____________________
GEYİM: SƏRİN HAVA ÜÇÜN
Uzun qollu T-shirt
Termal alt paltarı
Papaq, qalın balaklava və ya bandana
Əlcək
Yağış örtüyü (ponço)
Flis gödəkçə, jilet və qalın şalvar
____________________
MÜXTƏLİF FƏRDİ ƏŞYALAR
Haykinq, trekkinq ayaqqabısı
Corablar (sintetik və ya yun) bir neçə dəst
Tozluq (Gaiters)
Səndəllər (düşərgədə gəzmək üçün)
Foto kamera və ya actioncam
Əlavə yaddaş kartları
Durbin
Sənədlər (pasport, vəsiqə)
Xəritə və bələdçi kitabçası
Bloknot və qələm
Kredit kartı, az miqdarda pul
Qulaq tıxacları və göz örtüyü
Qatlanan bel
Kağız salfet, tualet kağızı
Sabun, diş pastası
Böcək qovucu repellentlər
Diş fırçası və / və ya tualet dəsti
Kamp duşu
Tez quruyan dəsmal
Cib telefonu / peyk kommunikatoru / 2 istiqamətli radio
Fərdi axtarış mayakı (personal locator beacon)
____________________
Siyahı haqqında fikirlərinizi bilmək bizim üçün çox maraqlıdır. Əlavə etmək istədiyiniz və ya bizim unutduğumuz hər hansı vacib əşya vardırsa, şərhlərdə qeyd edə bilərsiniz.
Tags: