TƏBİƏT YÜRÜŞLƏRİ ÜÇÜN LAZIM OLAN ƏŞYALARIN SİYAHISI

June 12, 2018

 

Bu siyahını bel çantanızı yığdıqda lazım olan əşyalardan heç nəyi yaddan çıxarmamağınız üçün bu formatda hazırlamışıq. Ümid edirik ki, bu ətraflı siyahı sizin planlaşdırmanı asanlaşdıracaq, nəyin vacib, nəyin ikinci dərəcəli olduğunu müəyyənləşdirməkdə və lazım olan avadanlığın alınmasında sizə yardımçı olacaq. Əşyaları yığdıqca siyahıda işarələyə bilərsiniz. 

 

SİYAHININ PDF VERSİYASINI ENDİRİN

 

VACİB OLANLAR

Təhlükəsizlik, həyatda qalma və minimum rahatlıq üçün lazım olan əşyalar:

 

1. NAVİQASİYA

  • Xəritə (qoruyucu örtükdə)

  • Kompas

  • GPS (istəyə görə)

  • Altimetr (istəyə görə)

 

2. GÜNƏŞDƏN MÜDAFİƏ

  • Günəşdən müdafiə kremi

  • Dodaq məlhəmi (dodaqların çatlamaması üçün)

  • Günəş eynəyi

 

3. GEYİM

  • Jaket, jilet, şalvar, əlcək, papaq (daha ətraflı Geyim bölməsində)

 

4. İŞIQLANDIRMA

  • Əl və ya alın fənəri 

  • Əlavə batareyalar

 

5. İLK YARDIM LƏVAZİMATI

  • İlk yardım dəsti

 

6. OD

  • Kibrit və ya alışqan

  • Suya davamlı konteyner

  • Çaxmaq (fövqəladə vəziyyətlərdə od əldə etmək üçün)

 

7. TƏMİR DƏSTİ VƏ ALƏTLƏR

  • Bıçaq və ya çoxfunksiyalı alət (multitul)

  • Soba, döşək üçün təmir dəstləri, yapışqanlı lent (duct tape)

 

8. QİDA

  • Əlavə 1 gün üçün ərzaq təchizatı

 

9. SU

  • Su butulkası və su daşımaq və saxlamaq üçün qab

  • Su filtri və ya digər su təmizləmə sistemi

 

10. SIĞINACAQ

  • Çadır, tarp, tent, yataq kisəsi

 

ƏLAVƏ

  • Bel çantası

  • Yüngül çanta

  • Çanta örtüyü

  • Yataq kisəsi

  • Su keçirməyən, germetik kisə

  • Döşək (qatlanan və ya hava ilə dolan)

  • Yastıq

  • Fit və siqnal güzgüsü

  • Altimetrli çoxfunksiyalı saat

  • Trekkinq çubuqları

  • Balta, buz baltası

  • Qida, hazır yeməklər (ət və ət məhsulları, konservləşdirilmiş və təzə tərəvəz)

  • Enerji qidaları (çərəzlər, quru meyvə, cem, müsli, şokolad, şəkər, konfet və s.)

  • Duz, istiot

  • İçkilər (çay, qəhvə, su, meyvə suyu və s.)

  • Soba

  • Yanacaq (maye və ya quru)

  • Qazan, tava, çaynik

  • Qab-qacaq

  • Qaşıq, çəngəl, bıçaq

  • Fincan

  • Neylon kəndir, parakord

  • Su təmizləmə ləvazimatı

  • Qatlanan konteyner, vedrə

  • Asma fənər

  • ____________________

 

GEYİM: İSTİ HAVA ÜÇÜN

  • T-shirt (sintetik və ya yun)

  • Alt paltarlar

  • Tez quruyan şalvar və ya şort

  • Uzun qollu köynək (günəş, böcəklər üçün)

  • Günəş qoruyucu papaq

  • Bandana və ya nazik balaklava

  • ____________________

 

GEYİM: SƏRİN HAVA ÜÇÜN

  • Uzun qollu T-shirt

  • Termal alt paltarı

  • Papaq, qalın balaklava və ya bandana

  • Əlcək

  • Yağış örtüyü (ponço)

  • Flis gödəkçə, jilet və qalın şalvar

  • ____________________

 

MÜXTƏLİF FƏRDİ ƏŞYALAR

  • Haykinq, trekkinq ayaqqabısı

  • Corablar (sintetik və ya yun) bir neçə dəst

  • Tozluq (Gaiters)

  • Səndəllər (düşərgədə gəzmək üçün)

  • Foto kamera və ya actioncam

  • Əlavə yaddaş kartları

  • Durbin

  • Sənədlər (pasport, vəsiqə)

  • Xəritə və bələdçi kitabçası

  • Bloknot və qələm

  • Kredit kartı, az miqdarda pul

  • Qulaq tıxacları və göz örtüyü

  • Qatlanan bel

  • Kağız salfet, tualet kağızı

  • Sabun, diş pastası

  • Böcək qovucu repellentlər

  • Diş fırçası və / və ya tualet dəsti

  • Kamp duşu

  • Tez quruyan dəsmal

  • Cib telefonu / peyk kommunikatoru / 2 istiqamətli radio

  • Fərdi axtarış mayakı (personal locator beacon)

  • ____________________

 

Siyahı haqqında fikirlərinizi bilmək bizim üçün çox maraqlıdır. Əlavə etmək istədiyiniz və ya bizim unutduğumuz hər hansı vacib əşya vardırsa, şərhlərdə qeyd edə bilərsiniz. 

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Seçilmiş postlar

Yeni İl Hədiyyəsi üçün tövsiyələr

November 26, 2018

1/8
Please reload

Son yazılar

November 17, 2018

August 9, 2018