Taktiki qələm – yaranma tarixi

Taktiki qələmin yaranması şərq əlbəyaxa döyüş növləri ilə əlaqədardır. Başlanğıcda bu sadə bir çubuq idi. Orta əsrlərdə və 20-ci əsrin əvvəlindədək bu çubuq xüsusi hazırlanmış yavaraya, 20-ci əsrin ikinci yarısında isə Soke Kubota Takayuki (10 dan karate Gosoku Ryu) hazırladığı kubotana çevrildi.


Kubotan 14 sm uzunluğunda və 1,5 sm diametrdə taxta, plastik və ya metaldan hazırlanmış çubuqdur. Kubotan 1970-ci illərdə Los Angeles polisinə “gücündən və boyundan asılı olmayaraq bütün polis əməkdaşlarına öldürücü gücə malik olmayan, kiçik ölçülü effektiv silah kimi” təklif edildi. Bundan sonra kubotan dünyada geniş yayılmağa başladı. Kubotanın istifadə texnikası çox sadə idi. Onu yumruğun içində tutmaqla rəqibə zərbələr endirmək kifayətdir. Diametri 1,5 sm olan ucluğda cəmlənmiş güc, zərbə zamanı qalın qış geyimində belə olan rəqib üçün çox ağrılı və təsirli olur. Bu alətlə baş nahiyəsinə endirilən zərbə nəticəsində isə rəqibin həyatını itirməsi riski çox yüksəkdir. Bu cür zərbəni hətta, 50 kq çəkisi olan bir qız da edə bilər. Lakin, bu effektiv silahdan aktiv şəkildə istifadə edən polis, kubotandan istifadə edən mülki şəxslərə qarşı sərt davranmağa başladı. Bu davranış məntiqli idi, çünki kubotan məişətdə istifadə edilməyən və heç bir başqa tətbiq sahəsi olmayan bir alətdir. Vəziyyətdən çıxış yolu kimi taktiki qələm icad edilmişdir.


Taktiki qələm - əslində kubotanın qanuna zidd olmayan növüdür. Kubotanın bütün funksiyalarını özündə saxlayan taktiki qələm, ilk növbədə qələm kimi istifadə üçün nəzərdə tutulub. Onu rahatlıqla digər özünümüdafiyə vasitələrinin keçirilməsi mümkün olmayan yerlərə - kluba, təyyarəyə və digər istənilən yerə aparmaq mümkündür. Klassik kubotanla müqayisədə taktiki qələmin daha bir üstünlüyü cibdə və ya çantada daşımaq üçün onda qısqacın olmasıdır. Müasir taktiki qələmlərin ucluqları sadə kubotanın ucluğundan daha müxtəlifdir. Taktiki qələmlər iti, küt, habelə planşet üçün stilus və fənəri olan ucluqlarla təchiz edilir. Taktiki qələm hal-hazırda bir çox ölkələrin silahlı qüvvələri tərəfindən geniş istifadə edilir. Taktik qələm, funksiyasına görə sadə bir qələmdən daha artıqdır. Bu, çətin şərtlərdə özünümüdafiə və həyatda qalmaq üçün lazım olan avadanlığın ayrılmaz hissəsidir.

Тактическая ручка – история создания