Taktiki qələm – yaranma tarixi

June 10, 2018

Taktiki qələmin yaranması şərq əlbəyaxa döyüş növləri ilə əlaqədardır. Başlanğıcda bu sadə bir çubuq idi. Orta əsrlərdə və 20-ci əsrin əvvəlindədək bu çubuq xüsusi hazırlanmış yavaraya, 20-ci əsrin ikinci yarısında isə Soke Kubota Takayuki (10 dan karate Gosoku Ryu) hazırladığı kubotana çevrildi.

 

Kubotan 14 sm uzunluğunda və 1,5 sm diametrdə taxta, plastik və ya metaldan hazırlanmış çubuqdur. Kubotan 1970-ci illərdə Los Angeles polisinə “gücündən və boyundan asılı olmayaraq bütün polis əməkdaşlarına öldürücü gücə malik olmayan, kiçik ölçülü effektiv silah kimi” təklif edildi.  Bundan sonra kubotan dünyada geniş yayılmağa başladı. Kubotanın istifadə texnikası çox sadə idi. Onu yumruğun içində tutmaqla rəqibə zərbələr endirmək kifayətdir. Diametri 1,5 sm olan ucluğda cəmlənmiş güc, zərbə zamanı qalın qış geyimində belə olan rəqib üçün çox ağrılı və təsirli olur. Bu alətlə baş nahiyəsinə endirilən zərbə nəticəsində isə rəqibin həyatını itirməsi riski çox yüksəkdir. Bu cür zərbəni hətta, 50 kq çəkisi olan bir qız da edə bilər. Lakin, bu effektiv silahdan aktiv şəkildə istifadə edən polis, kubotandan istifadə edən mülki şəxslərə qarşı sərt davranmağa başladı. Bu davranış məntiqli idi, çünki kubotan məişətdə istifadə edilməyən və heç bir başqa tətbiq sahəsi olmayan bir alətdir. Vəziyyətdən çıxış yolu kimi taktiki qələm icad edilmişdir.

 

Taktiki qələm - əslində kubotanın qanuna zidd olmayan növüdür. Kubotanın bütün funksiyalarını özündə saxlayan taktiki qələm, ilk növbədə qələm kimi istifadə üçün nəzərdə tutulub. Onu rahatlıqla digər özünümüdafiyə vasitələrinin keçirilməsi mümkün olmayan yerlərə - kluba, təyyarəyə və digər istənilən yerə aparmaq mümkündür. Klassik kubotanla müqayisədə taktiki qələmin daha bir üstünlüyü cibdə və ya çantada daşımaq üçün onda qısqacın olmasıdır. Müasir taktiki qələmlərin ucluqları sadə kubotanın ucluğundan daha müxtəlifdir. Taktiki qələmlər iti, küt, habelə planşet üçün stilus və fənəri olan ucluqlarla təchiz edilir. Taktiki qələm hal-hazırda bir çox ölkələrin silahlı qüvvələri tərəfindən geniş istifadə edilir. Taktik qələm, funksiyasına görə sadə bir qələmdən daha artıqdır. Bu, çətin şərtlərdə özünümüdafiə və həyatda qalmaq üçün lazım olan avadanlığın ayrılmaz hissəsidir.

Тактическая ручка – история создания

 

Тактическая ручка берет свое начало в восточных единоборствах. Сначала это была просто палочка, потом, в средние века и до 20 века- специально изготовленная ЯВАРА, а потом, во второй половине 20 века Сокэ Кубота Такаюки (10 дан каратэ Госоку Рю) сделал куботан.

 

Изначально куботан – это деревянная, пластиковая или металлическая палочка длиной около 14 см и полтора сантиметра в диаметре. Куботан был предложен полиции ЛОС-Анжелеса в 1970-х годах как «нелетальное и эффективное оружие, небольшое по размерам, удобное для любого офицера, независимо от его роста и силы». Куботаны получили широкое распространение по всему миру. Минимальная техника применения куботана – взять в кулак и нанести недоброжелателю удар подобный оплеухе. Хлесткий удар, сконцентрированный на торце в 1,5см диаметром очень болезненный, даже если пришелся в спину через зимнюю куртку, не говоря уже о применении в летнее время. Удар же таким предметом в голову чреват травмами не совместимыми с жизнью. Подобный удар может нанести даже девушка весом в 50 кг. Однако Полицейские, сами активно пользуясь столь эффективным оружием, стали недоброжелательно относиться к гражданским имеющим при себе куботан. Это логично – куботан это оружие, не имеющее хозяйственно-бытового применения. Чтобы обойти внимание органов была придумана тактическая ручка.

 

Тактическая ручка – это узаконенный куботан по сути. Сохраняя все функции куботана, тактическая ручка в первую очередь является ручкой. С ней беспрепятственно можно пройти в клуб, с тактической ручкой в самолете не возникает никаких проблем, да и просто там куда не пронесешь никакие средства защиты тактическая ручка добавит уверенности. По сравнению с классическим куботаном ручка имеет еще вот какое преимущество – чаще всего эти ручки снабжены клипсой – её удобнее носить чем куботан. Навершия тактических ручек значительно разнообразнее, чем просто гладкая палочка – тут и острые, и тупые навершия, шоковые коронки, стилусы для планшетов, фонарики – тактические ручки давно обогнали своих предков по функционалу и разнообразию. Тактическая ручка в настоящее время широко используется в вооруженных силах многих стран. Тактическая ручка, это больше, чем ручка — это неотъемлемая часть снаряжения для самообороны и выживания в сложных условиях.

 

 

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Seçilmiş postlar