Esbit - Quru yanacaq sobası

Təbiətdə yemək qızdırmaq üçün tonqal qalamaq bəzən mümkün olmur. Payız və yaz aylarında yağışdan nəm çəkən budaqlar demək olar ki, alışmır, qışda isə quru odun tapmaq ümumiyyətlə problemə çevrilir. Bu cür şəraitdə turistlərin, ovçuların, balıqçıların və aktiv istirahət həvəskarlarının köməyinə quru yanacaq üçün soba yetir.



Quru yanacaq 1932-ci ildə Erik Şum (Eric Schum) tərəfindən icad edilir və ona ESBİT adı verilir. ESBİT - "Erich Schumms Brennstoff-in Tablettenform" (Erik Şumun həb formasında olan yanacağı) baş hərflərindən ibarət qısaldılmış formasıdır. Lakin, bu ixtira quru yanacağın istifadəsi üçün nəzərdə tutulan hər hansı bir soba olmadan tam olmazdı. Bu səbəbdən cənab Şum, sadə konstruksiyaya malik və bu günə qədər öz orijinal formasını qoruyub saxlayan soba dizayn edir. Daşınan və qatlanan fərdi Esbit sobaları İkinci Dünya müharibəsi dövründə yemək hazırlamaq və qızdırmaq üçün Almaniya və Avstriya ordusunun əsgərləri tərəfindən istifadə edilirdi.



Müharibədən sonra şirkət müştəri hədəfini tikinti işçiləri, turistlər, balıqçı və ovçulara istiqamətləndirdi. Hətta məhsullarını ev və ailə istifadəsi üçün təklif edirdi. Bu dövrdə artıq məhsulların reklam posterləri da fərqli idi.