Esbit - Quru yanacaq sobası

June 1, 2018

Təbiətdə yemək qızdırmaq üçün tonqal qalamaq bəzən mümkün olmur. Payız və yaz aylarında yağışdan nəm çəkən budaqlar demək olar ki, alışmır, qışda isə quru odun tapmaq ümumiyyətlə problemə çevrilir. Bu cür şəraitdə turistlərin, ovçuların, balıqçıların və aktiv istirahət həvəskarlarının köməyinə quru yanacaq üçün soba yetir.

 

 

Quru yanacaq 1932-ci ildə Erik Şum (Eric Schum) tərəfindən icad edilir və ona ESBİT adı verilir. ESBİT - "Erich Schumms Brennstoff-in Tablettenform" (Erik Şumun həb formasında olan yanacağı) baş hərflərindən ibarət qısaldılmış formasıdır. Lakin, bu ixtira quru yanacağın istifadəsi üçün nəzərdə tutulan hər hansı bir soba olmadan tam olmazdı. Bu səbəbdən cənab Şum, sadə konstruksiyaya malik və bu günə qədər öz orijinal formasını qoruyub saxlayan soba dizayn edir. Daşınan və qatlanan fərdi Esbit sobaları İkinci Dünya müharibəsi dövründə yemək hazırlamaq və qızdırmaq üçün Almaniya və Avstriya ordusunun əsgərləri tərəfindən istifadə edilirdi.

 

 

Müharibədən sonra şirkət müştəri hədəfini tikinti işçiləri, turistlər, balıqçı və ovçulara istiqamətləndirdi. Hətta məhsullarını ev və ailə istifadəsi üçün təklif edirdi. Bu dövrdə artıq məhsulların reklam posterləri da fərqli idi.

 

 

 

Alman sobası təxminən yarım millimetr qalınlığı olan sink lövhədən hazırlanıb. Etibarlı və keyfiyyətli konstruksiyaya malikdir. Möhkəmliyi artırmaq məqsədilə kənarları qatlanaraq gücləndirilib. Sobanın tam bağlı, tam açıq və aralı - üç sabit mövqeyi var. Beləliklə sobanın üzərinə nəyinki tava, çaydan və ya qazan, həm də kiçik fincan da qoymaq olur.

 

 

 

 

Etibarlı və eyni zamanda sadə dizayn özünü ən yaxşı tərəfdən təsdiqlədi. Esbit şirkəti 1936-cı ildən bu günə qədər fəaliyyətdədir.

Разжечь костер для подогрева пищи в природных условиях не всегда представляется возможным. Осенью и весной, ветки, промокшие от осадков, практически не горят, а зимой, найти сухой хворост и вовсе проблема. Спасением для любителей турпоходов, охотников и рыбаков является мини печка на сухом горючем.

 

Сухое горючее изобрел Эрик Шум в 1932 году и назвал ее ESBIT - сокращение от "Erich Schumms Brennstoff in Tablettenform" (Топливо Эриха Шума в таблетках). Изобретение было бы неполным, если бы под топливные брикеты не соорудили бы какую-нибудь подставку. Господин Шум сделал конструкцию, которая практически в первозданном виде дошла до наших дней. Портативными складные плитками Esbit пользовались солдаты армии Германии и Австрии времен второй мировой войны для приготовления или разогрева пищи.

 

После войны фирма переориентировалась на строителей, туристов и прочих отдыхающих. Даже предлагалось купить продукцию для дома, для семьи. В качестве рекламы появились совсем другие плакаты. 

 

Немецкая горелка сделана из оцинковки толщиной около полмиллиметра. Реализовано всё очень надёжно и качественно. Отштампована превосходно, где нужно – созданы небольшие рёбра жёсткости. Всего есть 3 фиксированных положения: полностью закрыто, полностью раскрыто, промежуточное, благодаря которому, можно поставить не только сковородку, чайник или котелок, но также небольшую кружку.

 

Надежная и в тоже время простая конструкция зарекомендовала себя с лучшей стороны. Фирма Esbit существует с 1936 года и по сей день.