QRİZZLY həyatda qalma dəsti

Yüksək dəyəri olan istənilən ciddi həyatda qalma/xilasetmə dəsti eyni zamanda bir neçə müxtəlif məqsədə xidmət etməli və bir neçə mühüm xüsusiyyətə malik olmalıdır. Birincisi, mümkün qədər universal olmalıdır – yəni, sizdə gözlənilən və ən əsası, gözlənilməyən hər hansı vəziyyətə hazır olduğunuza əminlik yaratmalıdır. İkincisi, sizdə həyatda qalma/xilasetmə dəstini özünüzlə rahatlıqla daşımaq imkanı olmalıdır – ağır və ya böyük olduqda sizə o qədər də faydalı olmaya bilər.


Bütün bunları nəzərə alaraq hazırladığımız QRİZZLY həyatda qalma dəstinin əsas üstünlüklərini diqqətinizə çatdırırıq.



KİÇİK HƏCMLİ LAKİN BÖYÜK İMKANLARA MALİK

QRİZZLY həyatda qalma dəstinin hazırlanmasında onun super kompakt, yüngül, zərbəyə dözümlü və suya davamlı olması əsas götürülmüşdür. Kiçik bir kitab ölçüsündə olduğundan siz onu bel çantanızda və ya avtomobilinizdə rahatlıqla daşıya bilərsiniz.


DƏYƏRLİ YOL YOLDAŞI

Əgər siz asudə vaxtınızı daha çox təbiətdə və açıq havada keçirməyi sevirsinizsə, bu dəst sizin üçün əvəzolunmaz yol yoldaşıdır. Bu sahə üzrə mütəxəssislər, hüquq-mühafizə orqanları və xilasedicilərdən ibarət peşəkar qrup tərəfindən hazırlanmış bu dəst, vəhşi təbiətdə baş verə biləcək mümkün çətinliklərin öhdəsindən gəlmək üçün nəzərdə tutulmuşdur.



EVDƏ İSTİFADƏ ÜÇÜN

QRİZZLY həyatda qalma dəstinin yalnız təbiətdə istifadə üçün uyğun olduğunu düşünürsünüzsə, yanılırsınız. Dəstə daxil olan peşəkar taktiki fənər (350 Lumen XML Q5) hər bir ev üçün lazımlı bir əlavədir. Bundan başqa, açar üçün Ultra-Bright LED fənər də gündəlik həyatda sizin üçün çox faydalı olacaq.



ÖLÇÜ VACİBDİR

QRİZZLY həyatda qalma dəstinin vacib üstünlüklərindən biri də onun kompakt, suya və zərbəyə davamlı qutusunun olmasıdır. ABS plastikdən hazırlanmış suyadavamlı qutu içindəki alətləri ətraf mühitin təsirindən qorumaq üçün nəzərdə tutulub. Qutu eyni zamanda təhlükəsiz və kip bağlanması üçün xüsusi mexanizmə malikdir. Qutu kompakt olduğundan, onu istəyiniz hər hansı bir kiçik yerə rahatlıqla yerləşdirə bilərsiniz.




UNİVERSALLIQ

Səkkiz alətin birlikdə 1000-dən çox istifadə sahəsinin olması ilə bərabər, bu alətlərdən hər biri ayrılıqda da kifayət qədər güclüdür. Məsələn, 11-i 1-də Multi-Function Pocket Survival Card aləti, konserv açan, tornavida ucu, xətkeş, butulka açan, kiçik mişar və bir sıra digər xırda alətləri özündə birləşdirir. Bu alətlər sizə fövqəladə vəziyyətlərdə faydalı olması ilə bərabər, gündəlik həyatda da işinizi asanlaşdıracaq!

EKSPERTLƏR TƏRƏFİNDƏN SEÇİLMİŞ ALƏTLƏR

Doğru zamanda, doğru vəziyyət üçün lazımi alətin olmasının vacibliyini aktiv istirahət həvəskarları və xilasedicilər daha yaxşı bilər. Təhlükəsizliyiniz üçün düzgün aləti seçməyin nə qədər mühüm olduğunu ekspertlər anlayır və məhz bu səbəbdən də QRİZZLY həyatda qalma dəstinə daxil edilmiş hər bir alət bu məqsəd üçün nəzərdə tutulub.



MƏHSULA MAĞAZADA BAX






Seçilmiş postlar
Son yazılar
Taqlar üzrə axtarış
Biz sosial şəbəkələrdə
  • Facebook Basic Square
  • Instagram Social Icon
  • Google+ Basic Square
  • facebook
  • Instagram
  • YouTube - QRIZZLY

© 2017 QRIZZLY

ÇAĞRI MƏRKƏZİNİN İŞ SAATLARI

Həftə içi : 10:00 - 19:00
Şənbə : 10:00 - 16:00
Bazar: İstirahət günü

BİZİ İZLƏYİN