Yataq kisəsini necə seçməli?

Təbiət yürüşlərinə hazırlıq xüsusilə yeni başlayanlar üçün asan iş deyil. Qeyd etməliyik ki, təbiət yürüşü dedikdə biz, öyrəşdiyimiz məişət rahatlığı olmayan təbiət qoynunda uzun müddət qalmağı nəzərdə tuturuq. Buna görə də, daha rahat və təhlükəsiz səyahət üçün lazım olan şeyi əvvəlcədən əldə etməyimiz vacibdir.


Hər bir yürüş təbiətdə yalnız hərəkət etmək deyil, həm də yürüş müddətinin təxmini 35% -ni təşkil edən gecələmədən ibarətdir. İnsanın nə qədər yaxşı istirahət etməsi, onun marşrut müddəti aktiv olmasına çox təsir edir. Buna görə də, rahat gecələməni təmin etmək yürüşə hazırlığın mühüm hissəsidir. Bunun üçün ilk növbədə yaxşı avadanlıq, xüsusilə yataq kisəsinin olması vacibdir.


Rahatlıq və görünüşünə görə yataq kisələrinin tipləri aşağıdakı kimidir:


görünüşə görə: barama - başlıqlı, anatomik formaya malik (çiyinləri geniş, ayaqları dar) yorğan - düzbucaqlı şəklində, bəzən başlıqla təchiz oluna bilər.


mövsümünə görə yay, qış hər mövsüm üçün olur: Yay mövsümü üçün +8, +5 temperatur rejiminə uyğun, sintepon dolğulu yorğan uyğun gəlir. Adətən yay yataq kisələri örtüyün keyfiyyətindən asılı olaraq 1 - 2 izolyasiya qatına malik olur.


Hər mövsüm üçün olan yataq kisələri - 2-3 izolyasiya qatına malik olur. Bu kisələrdə ekstremal temperatur -2 -17 dərəcə arası dəyişir. Adətən hər mövsüm üçün olan kisələr barama formasında olur. Yalnız bir neçə istehsalçı şirkət yorğan formasında kisələr istehsal edir.