top of page

BİZİM TARİXCƏMİZ

Xəyallardan reallığa

QRIZZLY Bakıda ilk turizm avadanlığı internet mağazasıdır. Bir hobbi kimi başlayan bu məşğuliyyət artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib və biz bunu sizinlə böyük məmuniyyətlə bölüşürük. Bu layihəni yaratmağımızdan qürur duyur və ürəkdən ümid edir və inanırıq ki, məhsul və xidmətlərimiz müştərilərimiz üçün faydalı olacaqdır!

Əla xidmət gözəl insanlar və təcrübədən başlayır və məhz buna görə də bu sahədə ən yaxşı və ən etibarlı işçi heyəti QRİZZLYdədir. Biz, sizin bizimlə olan təcrübəinizin asan, xoş və rahat olmasını təmin etmək üçün səmimi və öz işinə sadiq kollektivi ətrafımızda birləşdirmişik.

Əsas vəzifəmiz doğru məhsulu satmaqla yanaşı, həm də alıcını məlumatlandırılmaq və maarifləndirilməkdir. Bu səbəbdən də daima yeni məhsullar haqqında video carxlar çəkir, müxtəlif məqalə və xəbərlər hazırlayırıq. Lazım olan məhsulun düzgün seçilməsi və alınması istiqamətində düşünülmüş və doğru qərarı qəbul edə bilməyiniz üçün sizə məhsul haqqında ətraflı məlumat təqdim edirik. Müştəri məmnuniyyəti bizim əsas məqsədimiz və işimizdə əsas prinsipdir, buna görə də müştərilərimiz bizə güvənirlər. 


Mağazamızdakı bütün məhsullar çatdırılma ilə satılır. Bakı şəhərində çatdırılma bir gün ərzində həyata keçirilir.
Hər hansı bir sualınız var? Zəng edin və ya bizə email göndərin, biz həmişə yardım etməyə hazırıq!

bottom of page